100 il əvvəl  Everestdə yoxa çıxan alpinistin qalıqları tapıldı
11 oktyabr 2024 18:02 (UTC +04:00)

100 il əvvəl Everestdə yoxa çıxan alpinistin qalıqları tapıldı

100 il əvvəl Everestdə yoxa çıxan britaniyalı alpinist Endryu İrvinin qalıqları tapılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dağın şimal yamacının altındakı Ronqbuk Mərkəzi Buzlağında corab və çəkmədə aşağı ətrafın parçası aşkar edilib. Qalıqlar onun adının işləndiyi corabla müəyyən edilib. Mallorinin cəsədi isə 1999-cu ildə təxminən eyni ərazidə aşkarlanıb.

Xarici KİV-də bildirilir ki, alpinistin qohumları bu xəbərdən dərin təsirləniblər.

Qeyd edək ki, Endryu İrvin Corc Mallori ilə birlikdə dünyanın ən yüksək zirvəsini fəth edən ilk şəxs olmağa çalışıb.

Ancaq onların hər ikisi 1924-cü ilin iyununda yoxa çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Oxşar yazılar