“Ayrılıq” İsraillə Türkiyənin arasına girdi
15 oktyabr 2009 11:45 (UTC +04:00)

“Ayrılıq” İsraillə Türkiyənin arasına girdi

İki ölkənin münasibətləri getdikcə pisləşir
Dünən gecə TRT 1-də ilk seriyası yayımlanan, “Fələstin torpaqlarında yaşananlar...” sözləriylə reklam edilən “Ayrılıq” adlı teleseriala İsraildən sərt reaksiya gəlib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İsrail xarici işlər naziri Avigdor Lieberman Türkiyə səfirinin səlahiyyətlərini icra edən şəxsin İsrail Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı təlimat verib.

Axşam saatlarında “Yedioth Ahranot” qəzeti də internet saytında böyük bir yazı yerləşdirib və israillilərin serialın yayımlanmasıyla ciddi travma aldıqları vurğulanıb. Xarici işlər naziri Avigdor Lieberman qəzetə açıqlamasında deyib ki, bu, ciddi təxribatdır və dövlət dəstəyilə həyata keçirilib. Xarici işlər naziri belə bir serialın Türkiyəyə yayımlanmasının çox üzücü bir hadisə olduğunu dilə gətirib.

İsrailin “Kanal 2” televiziyası serialın Türkiyədə İsrail və yəhudi düşmənçiliyi formalaşdırmağa yönələn təxribat yönümlü bir layihə olduğunu qeyd edib. “Kanal 2” də xarici işlər nazirinin Türkiyə səfirinin səlahiyyətlərini icra edən şəxsin Xarici İşlər Nazirliyinə çağırılması və ona nota təqdim edilməsi barədə təlimat verdiyi barədə xəbər yayıb.

“Kanal 2” Türkiyədə “TRT1” kimi bir telekanalda belə serialların yalnız hökumətin istəyi və göstərişiylə yayımlana biləcəyini vurğulayıb.

Qeyd edək ki, teleserialda israilli hərbçilərin fələstinli uşaqlara və dinc insanlara qəsdən atəş açdıqları göstərilir.
# 1081

Oxşar yazılar

Putin Şoyquya yeni vəzifə  verdi

Putin Şoyquya yeni vəzifə verdi

12 may 2024 , 22:46
Yaşayış binası vuruldu-Dağıntılar altından 6 nəfərin meyiti çıxarıldı -YENİLƏNİB

Yaşayış binası vuruldu-Dağıntılar altından 6 nəfərin meyiti çıxarıldı-YENİLƏNİB

12 may 2024 , 19:55
Rusiya Avropaya nə vaxt hücum edə bilər?  - Analitiklərin PROQNOZLARI

Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI

12 may 2024 , 19:31
Almaniyanın belə problemi var

Almaniyanın belə problemi var

12 may 2024 , 17:17
Sabahdan Kosovada bu pula qadağa qoyulur

Sabahdan Kosovada bu pula qadağa qoyulur

12 may 2024 , 16:12
Leysan 28 nəfəri öldürdü

Leysan 28 nəfəri öldürdü

12 may 2024 , 15:05
Donuz böyrəyi köçürülən şəxs öldü

Donuz böyrəyi köçürülən şəxs öldü

12 may 2024 , 14:03
Səfir öldü

Səfir öldü

12 may 2024 , 14:01