Özünü güllələyən yeniyetmə ilə bağlı ŞOK FAKT:   internetdə oyunun qurbanı olub - YENİLƏNİB
05 fevral 2025 14:34 (UTC +04:00)

Özünü güllələyən yeniyetmə ilə bağlı ŞOK FAKT: internetdə oyunun qurbanı olub - YENİLƏNİB

Yardımlıda intihar edən yeniyetmə ilə bağlı yeni təfərrüat məlum olub.

Lent.az "oxu.az"a istinadən xəbər verir ki, 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlünün son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.

Əldə etdiyimiz digər məlumata görə, yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bildirək ki, Ə.Şükürlü evin son beşiyi və beş bacının tək qardaşı olub. O bu gün torpağa tapşırılıb.

***

saat 10:26

Yardımlıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Zevin kəndində baş verib.

15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən intihar etdiyi bilinmir.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngini götürüblər.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3549

Oxşar yazılar