Planetimiz minlərlə fərqli dildə danışan milyardlarla insanın evidir. Bununla belə, dünyada insanların 840 dildə danışdığı yalnız bir ölkə var - bu, dünyada dil baxımından ən müxtəlif hesab olunur.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, pöhbət Papua-Yeni Qvineyadan gedir - bu gün orada təxminən 840 dildə danışılır - bu, dünyada mövcud olan dillərin ümumi sayının 10 faizdən çoxudur. Maraqlıdır ki, bu qədər dil zənginliyinə baxmayaraq, ölkənin əhalisi cəmi 10 milyon nəfərdir.
Alimlər aşkar ediblər ki, üç rəsmi dildən başqa, Papua-Yeni Qvineyanın geniş etnik və mədəni müxtəlifliyini əks etdirən yüzlərlə başqa yerli dil var.