Sosial şəbəkədə keçirilən sorğuda turistlər iddia ediblər ki, bütün dünyada mükəmməl qəhvə tapa biləcəyiniz yerlər var.
Lent.az-ın məlumatına görə, onların əksəriyyəti Vyetnamda və Yaponiyada inanılmaz dərəcədə dadlı qəhvənin təqdim edildiyini bildirib.
Xüsusilə, Vyetnamın Hanoy şəhərində mütləq yumurtalı qəhvə dadmağı tövsiyə ediblər.
Sorğu iştirakçılarının çoxu həmçinin qeyd ediblər ki, ən ləzzətli qəhvə dünyanın ən böyük qəhvə dənələri ixracatçılarından biri olan Cənubi Amerika ölkəsi Kolumbiyada verilir.
İştirakçılardan biri belə bir şərh yazıb:
"Düşünürəm ki, burada ümumilikdə Vyetnam açıq-aydın qalibdir. Amma mənim içdiyim ən yaxşı qəhvə Kolumbiyada olub və mən özümü sözün əsl mənasında qəhvə plantasiyasında hiss edirdim. Digər ən yaxşı qəhvələr isə Vyetnamda idi”.