Dövlət qurumunun rəhbəri binadan yıxılıb öldü
04 fevral 2025 18:53 (UTC +04:00)

Dövlət qurumunun rəhbəri binadan yıxılıb öldü

Kareliya Respublikasının Federal Antiinhisar Xidmətinin İdarəsinin rəhbəri binadan yıxılaraq ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə paytaxt Petrozavodsk şəhərinin Varkaus sahilində baş verib. Sakinlər beşmərtəbəli binanın pəncərəsindən yıxılan 60 kişinin meyitini tapıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım əməkdaşları gəlsə də, kişini xilas edə bilməyiblər. Ölən şəxsin Kareliya Respublikası üzrə Federal Antiinhisar Xidmətinin İdarəsinin rəhbəri, 56 yaşlı Artur Pryaxin olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134

Oxşar yazılar