Ağstafada zəhərlənən hərbçilərin adları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, zəhərlənənlər Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü R.Hacızadə, Cəlilabad rayon sakini 2002-ci il təvəllüdlü R.Əliyev və Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü S.Abdullazadədir.
Məlumata görə hər üç şəxs kirayə qaldığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
***
saat 09:58
Ağstafada dəm qazından zəhərlənən 3 nəfərin hərbçi olduğu məlum olub.
Lent.az xəbər verir ki, bu barədə unikal.az məlumat yayıb.
***
08:50
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində qeydə alınıb.
Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Məlumata görə, hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.