İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
05 fevral 2025 11:18 (UTC +04:00)

İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT

Yeniyetmələrə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və onlardan birinin ölümünə səbəb olmaqda təqsirləndirilən Xanlar Ağayev cinayət işinin detalları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, o, təxminən 2021-ci ilin iyun ayında həmkəndlisi, 2008-ci il təvəllüdlü Nadir Əliyevi (ad, soyad şərtidir) işləmək adı ilə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz fərdi yaşayış evinə dəvət edib.

Təqsirləndirilən şəxs evdə tək olmalarından, eyni zamanda özü üçün Nadirin aşkar surətdə 14 yaşına çatmadığını və sadəlövh olduğunu əvvəlcədən bildiyi üçün cinsi ehtirasını pozğun formada həyata keçirmək qərarına gəlib. Yeniyetməni çəkic-kəlbətin gətirmək adı ilə həyətdəki tikiliyə göndərib özüdə arxasınca gedib. Həmin vaxt artıq tikilinin içində olan yeniyetmənin köməksiz vəziyyətindən istifadə edərək qolundan, daha sonra boynundan tuturaq oradakı yatacağın üstünə yıxıb və təcavüz edib. 

Bundan sonra rüsvay edəcəyi hədəsi ilə onu özündən asılı vəziyyətə salıb və 2023-cü ilin dekabr ayınadək olan dövr ərzində ayrı-ayrı vaxtlarda cinsi ehtirasını pozğun formada həyata keçirib. 

Bundan başqa o, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində həmkəndlisi, 2007-ci il təvəllüdlü Rauf Həsənovun (ad, soyad şərtidir) həyətyanı sahədəki təsərrüfat işlərinə köməklik göstərməsi adı ilə yaşadığı evə dəvət edib. 

Daha sonra yeniyetmənin köməksiz vəziyyətindən istifadə etməklə, ona qarşı da seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Onu rüsvay edəcəyi hədəsi ilə özündən asılı vəziyyətə salıb, 2024-cü ilin yanvar ayınadək olan dövr ərzində niyyətini davam etdirib. 

Sonda həmin yeniyetmə 11 yanvar 2024-cü il tarixdə, saat 11-12 radələrində yaşadığı evin həyətindəki tikilidə kəndirlə özünü asaraq intihar edib.

Xanlar Ağayevə qarşı Cinayət Məcəlləsinin 150.2-1.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5376

Oxşar yazılar