Məşhur amerikalı reper Kanye Uest “Qremmi” mükafatlandırma mərasimindəki qalmaqallı prosesə görə 20 milyon dollar itirib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, model və iş qadını Kim Kardaşyanın keçmiş əri fotoqrafların qarşısında tamamilə çılpaq olan həyat yoldaşı Byanka Sensori ilə qırmızı xalça üzərində görünüb.
Məlum olduğu kimi, fevralın 2-də cütlük dəvətsiz mükafatlandırma mərasimində fotoqramların qarşısına çıxıb. Model xəz paltosunu çıxararaq transparan libasda olubb və onun vasitəsilə çılpaq bədəni tamamilə görünüb.
Bildirilir ki, sənətçi bundan əvvəl Tokioda genişmiqyaslı konsertlər üçün iki müqavilə imzalayıb. Onlar 2025-ci ilin may ayına planlaşdırılıb. Amma mübahisəli ifaçının “Qremmi”də çıxışından sonra konsertlər ləğv edilib və Byankanın “çılpaq şousu” ərinə 20 milyon dollara başa gəlib.
"Kanye sadəcə qarşısına çıxan hər fürsəti puç edir. Bu fənd inanılmaz dərəcədə ürküdücü idi və Yaponiyada qorxu ilə qarşılandı, - insayder investorun Uestin hərəkətinə reaksiyası haqqında danışıb.
Yaponiyada qadın bədəninin seksuallaşdırılması və ifşa yolu ilə özünə diqqət cəlb edilməsi dəstəklənmir. Ölkədə MeToo cinsi zorakılığa qarşı hərəkat güclənir və "qadın hüquqları ilə bağlı mədəni oyanış "baş verir. Uestin və Sensorun hərəkəti orada qəbuledilməz hesab olunur və məcburi akt adlanır.