Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ:  siyahı 5-ə çatdı
05 fevral 2025 14:11 (UTC +04:00)

Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ: siyahı 5-ə çatdı

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın plastik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.

Lent.az lisenziyası ləğv edilən daha iki plastik cərrahın kimliyini öyrənib. 

Onlar Bəhicə Kərimova və Rəna Quliyevadır. 

Bundan əvvəl Sevinc Heydərovanın da cərrahlıq sertifikasiya şəhadətnaməsi ləğv edilib.

Qeyd edək ki, "qafqazinfo" “Milan VİP” hospitalın həkimi Könül Ağamirova ilə “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyevanın da lisenziyalarının ləğv olunmasına dair məlumat yayıb.

Bununla da lisenziyası ləğv olunmasına dair haqqında xəbər yayılan plastik cərrahların sayı 5-ə çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421

Oxşar yazılar