Türkmənistan – hər şey pulsuz
07 oktyabr 2009 19:30 (UTC +04:00)

Türkmənistan – hər şey pulsuz

Səfir: “Əhaliyə elektrik enerjisi, təbii qaz, su və duz, hər maşın sahibinə 120 litr benzin pulsuz verilir”

Bu ilin sonunda uzunluğu 7 min kilometr olan Türkmənistan-Çin qaz boru kəməri istismara veriləcək.

APA-nın məlumatına görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu boru kəməri ilə Çinə ildə 40 milyard kubmetr türkmən qazı ixrac ediləcək. Diplomat, həmçinin bildirib ki, bu ilin sonuna kimi Türkmənistanı İranla birləşdirən qaz boru kəmərinin ildə 14 milyard kubmetr qaz ixrac etmək gücünə malik yeni hissəsi istismara veriləcək.

Ölkəsində həyata keçirilən islahatlardan danışan səfir bildirib ki, Türkmənistanda ölkə daxili dəyişikliklər siyasəti xalqın rifahının yüksək səviyyəyə qaldırılmasına istiqamətlənib. Aparılan islahatların əsas şüarı “Dövlət insan üçün” adlanır. O xatırladıb ki, Türkmənistanda əhaliyə elektrik enerjisi, təbii qaz, su və duz pulsuz verilir, hər avtomobil sahibi ayda 120 litr benzini pulsuz əldə edir, çörəyin, ictimai nəqliyyatda gedişin, o cümlədən daxili avtomobil, dəmiryolu və aviaxəttlərdə biletlərin qiyməti simvolik xarakter daşıyır.

Sosial məsələlərin həlli üçün hazırda yüzlərlə müasir sağlamlıq ocaqları, təhsil müəssisələri, idman kompleksləri inşa edilir, ölkə vətəndaşlarına pulsuz müasir tibbi xidmət göstərilir, pulsuz təhsil verilir.

Səfir Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında etdiyi çıxışı jurnalistlərin diqqətinə çatdırıb. Həmin çıxışda prezident ölkəsinin xarici siyasətinin əsas prioritetlərini açıqlayıb, müxtəlif təkliflər və təşəbbüslərlə çıxış edib, 2010-cu ildə BMT-nin himayəsi altında Türkmənistanda Mərkəzi Asiya və Xəzər hövzəsində silahsızlaşdırma probleminə həsr olunmuş beynəlxalq konfrans keçirməyi təklif edib.
# 983

Oxşar yazılar

Molla rejimi milli fəalın evinə basqın etdi – Anasını tutdular

Molla rejimi milli fəalın evinə basqın etdi – Anasını tutdular

13 may 2024 , 12:12
Şənlikdə atışma:  3 nəfər öldü

Şənlikdə atışma: 3 nəfər öldü

13 may 2024 , 07:49
Rusiyada güclü zəlzələ

Rusiyada güclü zəlzələ

13 may 2024 , 06:40
Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti  çıxarıldı  -YENİLƏNİB-4

Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti çıxarıldı -YENİLƏNİB-4

13 may 2024 , 05:01
Putin Şoyquya yeni vəzifə  verdi

Putin Şoyquya yeni vəzifə verdi

12 may 2024 , 22:46
Rusiya Avropaya nə vaxt hücum edə bilər?  - Analitiklərin PROQNOZLARI

Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI

12 may 2024 , 19:31
Almaniyanın belə problemi var

Almaniyanın belə problemi var

12 may 2024 , 17:17
Sabahdan Kosovada bu pula qadağa qoyulur

Sabahdan Kosovada bu pula qadağa qoyulur

12 may 2024 , 16:12