Nəhəng uşaq dünyaya gəldi
Rusiyanın Xabarovsk şəhərində 7,2 kiloqram çəkisi olan körpə dünyaya gəlib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, körpə və onun 33 yaşlı anası Vera Ovçinnikova özünü yaxşı hiss edir.
Boyu 67 santimetr olan nəhəng uşaq ana bətnindən qeysər kəsiyi əməliyyatı ilə çıxarılıb. Həkimlər belə unikal boy və çəkiyə malik uşağın Rusiyada analoqu olmadığını bildiriblər.
Qeyd edək ki, indiyə qədər dünyanın ən nəhəng körpəsi İtaliyada dünyaya göz açıb. Karmelina Fedele 10 kiloqram çəkisi olan oğlan uşağının anası olub.

610