Azərbaycanlı iş adamından 84 milyon dollar alan xanım vəfat etdi
Azərbaycan əsilli iranlı iş adamı Şeri Şahnavazla 11 il evli olan, 2005-ci ildə iş adamından boşanmasına görə aldığı 84 milyon dollar təzminatla məşhurlaşan Ceyla Gölcüklü mədə xərçəngindən vəfat edib. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, 38 yaşlı qadın 3 ay əvvəl mədəsində ağrılar hiss edib, ABŞ-a xəstəxanaya müayinə üçün gedən zaman onda mədə xərçəngi olduğu bildirilib.
Türkiyəyə dönmək məcburiyyətində qalan və 14 gündür ki, xəstəxanada müalicə alan Ceyla Gölcüklü dünən beyin ölümü keçirib və bu gecə ailəsinin icazəsi ilə onu süni nəfəsalma aparatından ayırıblar.
Qeyd edək ki, universiteti bitirdikdən sonra “Interbank”da işə başlayan Ceyla Gölcüklü 1993-cü ildə beynəlxalq neft şirkəti ETI-nin prezidenti, Azərbaycan əsilli iş adamı Şeri Şahnavazla bankda tanış olub və 3 ay sonra cütlük Londonda “Grovenor House”də evlənib. Onların Lara adlı qızları dünyaya gəlib. 11 il sürən evlilikdən sonra cütlük 2005-ci ildə boşanıb. Məhkəmə ərinin sərvətinin yarısını Ceyla Gölcüklüyə verib. Beləliklə, onun Bodrumdaki mülkü, Muğlada bir zeytun yağı fabriki, Gökova və Mərmərisdə yüzlərlə hektar torpağı olub.
Ceyla Gölcüklü Şeri Şahnavazla evliliyindən dünyaya gələn 15 yaşlı qızı Laranı çox sevib, qızına görə bir daha heç kim ilə evlənməyəcəyini bildirib. Onun növbəti sevgilisi iş adamı Zeki Tanyeri olub və cütlüyün 5 ildir ki, münasibətləri olsa da, evlənməyiblər.

2106