14 yaşlı killer tutuldu
Meksikanın Morelos ştatında narkokartellərdən birinə muzdlu qatil xidməti göstərən 14 yaşlı yeniyetmə həbs edilib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 14 yaşlı killer ABŞ vətəndaşıdır.
Daha çox “Ponçis” ləqəbi ilə məşhur olan Edqar Ximenes Luqo hərbçilər tərəfindən Xoçitepek hava limanında həbs edilib. O, buradan Tixuanaya uçmağa hazırlaşırmış. Gənc killer bildirib ki, cinayətkar keçmişi ilə vidalaşmağa və vətəni San-Dieqoya – anasının yanına getməyə hazırlaşırmış. Onun üzərində 1996-cı ildə ABŞ-da doğulduğunu təsdiq edən şəxsiyyət vəsiqəsi tapılıb.
Hakimiyyət orqanları güman edirlər ki, “Ponçis” muzdlu qətllərə cavabdeh olan Xesus Radilyanın başçılığı altında “Sakit okeanın cənubu” (Cartel del Pacifico Sur) adlı nüfuzlu narkokartelə işləyirmiş. “Ponçis” etiraf edib ki, şəxsən öz əlləri ilə 4 nəfəri qətlə yetirib. O, əvvəlcə qurbanlarına işgəncə verib, sonra isə onların başını kəsib.
14 yaşlı killer iddia edir ki, həyatı təhlükədə olduğu üçün muzdlu qətlləri həyata keçirib. Onun sözlərinə görə, 11 yaşı olanda narkoticarətçilər tərəfindən oğurlanıb və o zamandan həmin şəxslərin sifarişlərini yerinə yetirib. Bu zaman hər qətlə görə “Ponçis”ə 2500-3000 min dollar pul verirlərmiş.
Meksika hüquq-mühafizə orqanları “Ponçis”in və onun qurbanlarının fotosu və videosu internetdə yayılandan sonra killerin axtarışlarına başlayıblar. Bu vidoçarxlardan birində 14 yaşlı killer qətli həyata keçirdiyini etiraf edir və sonra qurbanın kəsilmiş başını nümayiş etdirir.
Operativ məlumatlara görə, Edqar Ximenes Luqo tək işləməyib. Ona bu işdə bacıları kömək edirmiş. Qızlar qurbanı yoldan çıxarırlarmış, sonra isə “Ponçis” hücum edərək qurbanı qətlə yetirirmiş. Onun bacılarından biri - 19 yaşlı qız da qardaşı ilə bir yerdə tutulub. “El Universal” qəzeti yazır ki, bacılarının ikisi də qardaşlarını hava limanına müşayiət edib. Onlardan biri olan Elizabet “Ponçis”lə bir yerdə ABŞ-a uçmağa hazırlaşırmış.

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47