Yaşadıqları da, törətdiyi qətllər də insanı dəhşətə salır...
19 noyabr 2010 18:30 (UTC +04:00)

Yaşadıqları da, törətdiyi qətllər də insanı dəhşətə salır...

Türkiyədə son 2 ayda hər kəsi dəhşətə salan, Eskişehirdə müxtəlif vaxtlarda 1 ailənin 6 üzvünü qətlə yetirən İhsan Doğu danışıb. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, ilk dəfə Torpaq ailəsinin 4 üzvünü -Yusuf Toprak (62), Fatma Toprak (59), Selahattin Toprak (39) və Zeynep Ruhan Toprakı (48) avqustun 25-də evlərində güllələyərək qətlə yetirən, polisin ölkənin hər yerində onu axtarmasına baxmayaraq, noyabrın 12-də eyni evdə ailənin digər üzvünü - Mehmet Sadık Toprakı (35), daha sonra noyabrın 16-da bir daha geri qayıdaraq Ziya Akını (71 ) öldürən zaman yaxalanan 55 yaşlı İhsan Doğunun tək törətdikləri qətllər yox, yaşadıqları da insanı dəhşətə salır.


İhsan Doğu bildirib ki, Torpaq ailəsi ilə ilk dəfə heyvan otarma məsələsi ilə bağlı qovğa ediblər. O deyib ki, qonşusu Yusuf Toprak 3 oğluna və yaxınlarına arxalanaraq ona təzyiq etməyə başlayıb. Yusuf Toprak bir az da irəli gedərək 3 il əvvəl ona atəş açıb və sağ gözü kor olub: “Heyvanları davamlı olaraq evimin önünü zibilləyir və evin divarını sürtərək aşındırırdı. Bu üzdən aramızda narazılıq olmuşdu. Mənə atəş açıb sağ gözümü kor etdikdən sonra araya girənlər bizi barışdırdılar. Ancaq yenə də Torpaq ailəsi və yaxın qohumları davamlı olaraq bizə həqarət və təhdid etməyə başladı. Sonuncu dəfə Yusuf Toprakın əkiz oğulları Mehmet Emin (35) ve Mehmet Sadık Toprak evli qızım Hatice Uluşkanın evinin divarını pisləyib, cinsi orqanlarını evə doğru göstərdilər. Onlar bununla da kifayətlənməyib, içdikləri içkilərin şüşələrini qızımın bağına atırdılar. Artıq dayanacaq gücüm qalmamışdı”.


İhsan Doğu 1 ildir ki, bu insanları öldürmək üçün plan qurduğunu dilə gətirib: “Torpaq ailəsinin son 2 il ərzində ailəmə və mənə qarşı psixoloji təzyiqləri ilə bağlı psixoloji müalicə almağa başladım. 1 il əvvəl Eskişehirin mərkəzində 1 nəfərdən 1200 dollara 2 avtomatik silah aldım. Tapança isə atamdan qalıb. İzlədiyim filmlərdəki insanlar kimi davrandım”.


İhsan Doğu avqustun 25-də Torpaq ailəsinin evinə silahla hücum çəkən zaman iftar süfrəsində Yusuf Toprak, həyat yolaşı Fatma Toprak, böyük oğlu Selahattin Toprak və qardaşı oğlu Zeynep Ruhan Toprakı öldürdüyünü bildirib. O, noyabrın 12-də Mehmet Emin Toprakı öldürmək üçün gəldiyini, ancaq siyahıda ondan sonra gələn əkiz qardaşı Mehmet Sadık Toprakı öldürdüyünü və yanlışlığını məsciddə ölü üçün keçirilən dəfn mərasimi zamanı kənardan müşahidəsi zamanı gördüyünü söyləyib: “Qurban bayramın 2-ci günü Toprak ailəsinin evinin qarşısında olan, əvvəllər qızımın həyat yoldaşı ilə kirayədə yaşadığı, indi isə boş olan evə gəldim. Pəncərədən Ziya Akın və oğlu Orhanın gəlməsini gözlədim. Tək Ziya Akın gəldi və atəş açaraq onu öldürdüm. Oğlu orada olsaydı, onu da öldürəcəkdim. Daha sonra da Toprak ailəsinin sağ qalan əkizini öldürüb polisə təslim olacaqdım”.


İhsan Doğu onu da qeyd edib ki, qadın paltarı geyinərək 3 ay ərzində polisdən gizləndiyi barədə söylənənlər də doğru deyil: “Heç vaxt qadın paltarı ilə gəzmədim. Kafelərdə hazır yeməklər yedim. Şəhərin mərkəzində, ancaq işıq olmayan yerlərdə yatdım. Köhnə paltarların satıldığı bazardan aldığım paltarları məscidlərin tualetində dəyişdim”.


Bu gün Ziya Akının dəfn mərasimində iştirak edənlər isə qəzetə açıqlamalarında deyiblər ki, İhsan Doğu uzun illər Eskişehir Şəkər Fabrikində çalışıb və ona bu işə düzəlməkdə Toprak ailəsi kömək edib. Fabrikdən işçi kimi pensiyaya çıxdıqdan sonra da bu iki ailə arasında münasibətlər yaxşı olub: “3 il əvvələ qədər bu ailələrin yedikləri və içdikləri ayrı olmazdı, İhsan Doğu və Yusif Toprak dost idilər...”.
# 546

Oxşar yazılar