Həcc ziyarətində ölən türk zəvvarların sayı 42-yə çatdı
18 noyabr 2010 19:00 (UTC +04:00)

Həcc ziyarətində ölən türk zəvvarların sayı 42-yə çatdı

Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, noyabrın 17 və 18-də daha 7 nəfər müqəddəs yerlərdə dünyasını dəyişib. Onların hamısı Məkkə şəhərində vəfat edib.
Verilən məlumata görə rəhmətə gedən şəxslərin hamısı hacı olandan sonra ölüb. Bunlardan Murad Çevik (62 yaş), Şahide Avcı (54), Əziz Kaya (50), Ayşə Dəmir (81), Mevlüdə Taşar (75) infarktdan, Əmine Özdəmir (67) zəhərlənmədən, Əlii Olguner (67) isə yol qəzası nəticəsində həyatını itirib.

Qeyd edək ki, daha öncə Həcc ziyarəti Türkiyədən yollanan zəvvarlardan 31-i Məkkədə, 4 nəfər isə Mədinə şəhərində ölmüşdü.
# 503

Oxşar yazılar