Ermənistanda ərzaq həyəcanı
Məhsullar bir neçə saat ərzində bahalaşıb və satılıb qurtarıb
Ermənistanın ərzaq mağazalarında və supermarketlərində panika başlayıb. Lent.az-ın “Kavkazskiy uzel”ə istinadən verdiyi məlumata görə, əhali nisbətən ucuz mallar almaq üçün böyük növbələrə düzülüb. Milli valyutanın – dramın 1 saat ərzində 15 faiz ucuzlaşması bəzi ərzaq məhsullarının qiymətinin də 10-20 və hətta 50 faiz bahalaşmasına gətirib çıxarıb.
Hələ dünən səhər bitki yağının 1 litri 530 dram olub. Üstündən bir neçə saat keçəndən sonra qiymət birdən-birə 700 və hətta 1000 drama qədər qalxıb. Kərə yağı 1650 dramdan 2000 drama, şəkər tozu 220 dramdan 260-280 drama qədər bahalaşıb.
Bir çox mağazalarda şəkər, qənd, qarabaşaq və digər ərzaq məhsulları qurtarıb. Satıcılar bildirirlər ki, dolların bahalaşması ilə bağlı narahatlıq keçirən insanların qiymətlərin daha da bahalaşacağından qorxaraq mağazalara axışırlar.

Oxşar yazılar

Gördüklərinizə inanmayacaqsınız - Dünyanın ən qəribə rekordları
25 avqust 2025 , 11:41
Avropa poçt xidmətləri ABŞ-a bağlama göndərməyi dayandırır
25 avqust 2025 , 07:38
Ard-arda üç dəfə güclü zəlzələ - İnsanlar küçələrə axışdı
25 avqust 2025 , 02:28
İsrail Sənanı belə vurur-Ölənlər var-VİDEO-YENİLƏNİB
24 avqust 2025 , 19:07
Lavrov şərti açıqladı
24 avqust 2025 , 18:16
Tufana görə bu adadan qaçırlar
24 avqust 2025 , 14:48
Moskvada “Uşaq aləmi”ndə partlayış-Ölən və yaralananlar var -VİDEO
24 avqust 2025 , 14:16