İsrail ordusunun komandanı Türkiyədən üzr istədi
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qabi Aşkenazi türkiyəli həmkarından üzr istəyib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, general Mətin Gürak bildirib. Mətin Gürak deyib ki, Qabi Askenazi fevralın 16 da İlkər Başbuğa zəng edib. İsrailli komandan ölkəsinin Quru Qoşunları komandanı Avi Mizrahinin sözlərinə görə İlkər Başbuğdan üzr istəyib və üzr məktubu göndərdiyini söyləyib.
O, Avi Mizrahinin mövqeyinin İsrailin mövqeyi olmadığını vurğulayıb və lazımi ölçünün götürüləcəyini bildirib.
Qeyd edək ki, Avi Mizrahi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosda İsrailin ünvanına səsləndirdiyi sərt bəyanata münasibət bildirərkən “Ərdoğan güzgüyə baxsın” deyib. İsrailli general Türkiyənin erməniləri və kürdləri soyqırıma məruz qoyduğunu iddia edib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı isə İsrail ordusundan genralın sözləri ilə bağlı izahat istəyib.

Oxşar yazılar

Gördüklərinizə inanmayacaqsınız - Dünyanın ən qəribə rekordları
25 avqust 2025 , 11:41
Avropa poçt xidmətləri ABŞ-a bağlama göndərməyi dayandırır
25 avqust 2025 , 07:38
Ard-arda üç dəfə güclü zəlzələ - İnsanlar küçələrə axışdı
25 avqust 2025 , 02:28
İsrail Sənanı belə vurur-Ölənlər var-VİDEO-YENİLƏNİB
24 avqust 2025 , 19:07
Lavrov şərti açıqladı
24 avqust 2025 , 18:16
Tufana görə bu adadan qaçırlar
24 avqust 2025 , 14:48
Moskvada “Uşaq aləmi”ndə partlayış-Ölən və yaralananlar var -VİDEO
24 avqust 2025 , 14:16