Ermənilər İrəvanda Ağrıdağ tikir
07 may 2010 14:30 (UTC +04:00)

Ermənilər İrəvanda Ağrıdağ tikir

Erməni diasporu Ermənistanın milli gerbində əksini tapan Ağrı dağının oxşarını İrəvanda yaradacaq.


Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, erməni diasporu ABŞ-ın Alabama ştatındakı Forrest Fulton memarlıq şirkətinə İrəvan üçün miniatür bir Ağrı dağı planı hazırlatdırıb.


İrəvanda inşa ediləcək həmin “dağ”a “Lace Hill”, yəni “Dantel Təpəsi” adı veriləcək. Betonla quraşdırılacaq dağ 8,5 hektar ərazini əhatə edəcək. Tiklinin üz qismində erməni motivləri ilə bəzədilmiş eyvanlar olacaq. Dağ formalı kompleksin içərisində isə mağazalar, mehmanxanalar və əyləncə mərkəzləri tikiləcək.

Bu kompleksin tikintisinin nə vaxt başlayacağı barədə məlumat verilmir.


Qeyd edək ki, Türkiyə və Ermənistanın xarici işlər nazirlərinin Sürixdə imzaladıqları protokollara şərh verən Ermənistanın Konstitusiya Məhkəməsi dolayı olaraq, Türkiyəyə qarşı ərazi iddialarının aradan qalxmadığını ortaya qoyub. Ermənilər Ağrı dağı da daxil olmaqla, Türkiyənin şərq bölgələrinə iddia edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar