Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib ki, Azərbaycan XİN-dən həqiqətən də hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi üçün Bakıdakı "Rus Evi"nin işini dayandırmaqla bağlı nota aldıqlarını təsdiq edib.
Lent.az-ın məlumatına görə, Primakov “Rossiya 24” telekanalının efirində deyib ki, Rusiya Xarici İşlər Nazirliyi Bakıdakı "Rus Evi" ilə bağlı vəziyyəti həll etməyə çalışır:
"Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir".