Jurnalist Şahnaz Bəylərqızı həbs olundu
06 fevral 2025 15:00 (UTC +04:00)

Jurnalist Şahnaz Bəylərqızı həbs olundu

Məhkəmə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onunla bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar