ABŞ Gürcüstanda radiolokasiya stansiyası qurdu
Stansiya 500 min dollara başa gəlib
ABŞ dəniz sularının mühafizəsi və dənizdə qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün Gürcüstanda bir radiolokasiya stansiyası qurub.
Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Tiflisdəki səfirliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Acarıstan Muxtar Respublikasının Gonio bölgəsində qurulan radiolokasiya stansiyası Gürcüstanın təhlükəsizliyinin qorunmasında böyük rol oynayacaq. Bu radiolokasiya stansiyasının qurulması üçün 500 min dollar xərclənib.
Son 10 ildə Gürcüstan sərhədlərinin qorunması proqramı çərçivəsində ABŞ bu ölkəyə 150 milyon dollar yardım ayırıb. Bundan əvvəl ABŞ tərəfindən Anakliya, Supsa və Çakvi bölgələrində 3 radiolokasiya stansiyası qurulub.

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO
13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı
13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA
13 may 2025 , 01:41
PKK özünü buraxdı
12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir
11 may 2025 , 23:11
Bu ölkədə şahmat qadağan edildi
11 may 2025 , 19:23
Yeni Roma Papasından ilk ÇAĞIRIŞ
11 may 2025 , 16:14