Qardaşı oğlu 14, bibi isə 10 il iş aldı
03 mart 2010 11:00 (UTC +04:00)

Qardaşı oğlu 14, bibi isə 10 il iş aldı

Perm məhkəməsi Azərbaycandan Prikamyeyə həşiş gətirən cinayətkar qrupun üzvlərinə iş kəsib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, cinayətkar qrupun dörd üzvünə 14, 10, 6,5 və 6 iş verilib.

Narkotiklərə nəzarət Federal Xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşı, 46 yaşlı Nəzakət Baxşıyeva 2009-cu ilin martında qardaşı oğlunun tapşırığı ilə Azərbaycanda 20 kiloqram İran həşişi əldə edib və onu qaçaqmal yolu ilə Rusiya ərazisinə keçirib. Rusiya narkopolisinin əməkdaşları onun hərəkət istiqamətini izləyərək qadını həbs ediblər. Baxşiyeva istintaq zamanı hansı yükü apardığını bilmədiyini, qardaşı oğlu Arif Qarayevin ondan qara kürü gətirməsini xahiş etdiyini bildirib.

Həşişin Rusiya ərazisində satılmasını Rusiya vətəndaşları Nadejda Rusetskaya və Valentina Qaripova təşkil ediblərmiş. Qaripova Arif Qarayevə məxsus köşkdə satıcı işləyirmiş.

Cinayətkar dəstənin üzvləri konspirasiya qaydalarına riyaət edirlərmiş. Məsələn, onlar həşişi “fındıqlı şokolad”, “Alpin Qold”, “Kit-Kat”, “analiz” adlandırırlarmış. Danışıqlar azərbaycanca aparılırmış. Baxşiyeva, Rusetskaya və Qaripova məhkəməyə qədər ancaq Qarayevi tanıyıblar və öz aralarında tanış olmayıblar.

Məhkəmə cinayətkar qrupun başçısı Arif Qarayevə 14 il, Nəzakət Baxşiyevaya 10 il iş kəsib. Rusetskaya 6,5 il, Qaripova isə 6 il iş alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12