Ərdoğan Mursiyə danışığı məsləhət görüb
09 dekabr 2012 01:55 (UTC +04:00)

Ərdoğan Mursiyə danışığı məsləhət görüb

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Misir prezidenti Məhəmməd Mursiyə zəng edib.

Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, Ərdoğan telefon danışığında Misirdə baş verənlərlə bağlı M.Mursidən məlumat alıb.

O, Türkiyə tərəfindən ərəb ölkəsində baş verənlərin diqqətlə izlənildiyi söyləyib. Ərdoğan onu da bildirib ki, Misir təcrübəsi ilə ölkədəki mövcud problemləri həll edə biləcək gücə malikdir.

Baş nazir Mursiyə danışıqlar aparmasını məsləhət görüb.

Misir prezidenti Ərdoğana ölkəsində demokratiyanın məğlubiyyətə uğramasına yol verməyəcəklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar