Hillari Klinton Orta Şərqdədir
21 noyabr 2012 06:12 (UTC +04:00)

Hillari Klinton Orta Şərqdədir

Ötən gecə ABŞ-ın dövlət katibi Hillari Klinton İsrailə səfər edib.Lent.az-ın «NEWSru Israel»-ə istinadən məlumatına görə, amerikalı diplomat orada yəhudi dövlətinin hökumət başçısı Benyamin Netaniyahu ilə görüşüb.

Bü günsə Qahirədə İsraillə «HƏMAS» arasında münaqişəyə dair danışıqlarda dolayı iştirakdan sonra H.Klintonun Fələstin Muxtariyyatının başçısı Mahmud Abbasla da görüşməyi planlaşdırır.

«ABŞ qarşıdan gələn günlərdə İsraildə, tərəfdarları ilə israillilərin təhlükəsizliyinin gücləndirilməsi, Qəzza zolağında həyat şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərəcək. Bizim fəaliyyətimiz bölgədəki bütün xalqlar üçün əhatəli sülhə nail olmaqdır»-deyə, dövlət katibi yəhudi dövlətinin baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

Beniyamin Netaniyahu da öz növbəsində «vətəndaşlarının təhlükəsizliyin təmin etmək üçün vacib büтün addımları» atacaqlarını bildirib.

Xatırladaq ki, Hillari Klintonun bölgəyə səfərinin öncədən planlaşdırılmadığını Ağ ev etiraf edib.
# 803

Oxşar yazılar