40 min nəfərin qətlinə görə BMT suçlu bilinir
13 noyabr 2012 22:44 (UTC +04:00)

40 min nəfərin qətlinə görə BMT suçlu bilinir

3,5 il öncə Şri-Lankada baş vermiş vətəndaş savaşının başa çatması mərhələsində dinc sakinlərin təhlükəsizliyinin təmin olunmamasındakı uğursuzluğa görə, BMT-nin məsuliyyət daşıdığı müəyyən olub.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda BMT-nin daxili məruzəsində vurğulanıb.

Məruzəyə əsasən, BMT-nin paytaxt Kolombodakı missiyası əhalinin öldürülməsinə görə özünü məsul saymayıb. Qurumun dəyərləndirməsində bildirilib ki, münaqişənin son aylarında 40 min dinc sakin qətlə yetirilib.

Məruzədə qeyd edilib ki, mülki vətəndaşların itkisi haqda rəqəmlərin açıqlanmaması qərarı tənqid ediləsi əməllərdəndir, habelə BMT əməkdaşlarının döyüş bölgəsindən geri çağırılması da itkilərin artmasına ciddi təsir göstərib.
# 737

Oxşar yazılar