“Sendi” ABŞ-da 48 nəfəri öldürdü
31 oktyabr 2012 10:02 (UTC +04:00)

“Sendi” ABŞ-da 48 nəfəri öldürdü

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, onların əksəriyyəti güclü küləyin qırdığı və kökündən çıxardığı ağacların altında qalaraq həyatını itirib.

Ümumilikdə 15 ştatda 7 milyon insan elektrik enerjisi təchizatından məhrum olub. Hələ də Nyu-York və Nyu-Cersidə 3 böyük nüvə reaktoru işləmir. Nyu-Cersinin şimalında 3 şəhər hələ də su altındadır. Sahil zonasında dəmir yolu nəqliyyatı dayanıb. Nyu-York şəhərində hələ də metro işləmir, yerüstü nəqliyyatın hərəkəti qismən bərpa olunub. Metronun 4-5 gün sonra fəaliyyətini bərpa edəcəyi gözlənilir. Nyu-Yorkdan 375 min nəfər evakuasiya edilib, hələ də sığınacaqlarda, əsasən də məktəb binalarında yaşayırlar.
# 1100

Oxşar yazılar