Salah baş məşqçisi Kloppla mübahisə etdi
27 aprel 2024 22:35 (UTC +04:00)

Salah baş məşqçisi Kloppla mübahisə etdi

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının “Vest Hem”lə oyununda əvəzedici kimi meydana çıxmağa hazırlaşarkən klubun baş məşqçisi Yurgen Kloppla mübahisə edib.

Lent.az xəbər verir ki, epizod matçın 82-ci dəqiqəsində baş verib. Salahı ehtiyat oyunçular kimi meydana çıxmağa hazırlaşan Darvin Nunes və Co Qomez sakitləşdirib.

Görüş isə 2:2 hesabı ilə başa çatıb.

Almaniyalı mütəxəssis Klopp 2015-ci ilin payızından İngiltərənin “Liverpul”unda çalışır. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqası (APL), Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. O, cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

# 2523
avatar

Oxşar yazılar