Beyrutda qanlı döyüşlər başladı
22 oktyabr 2012 10:51 (UTC +04:00)

Beyrutda qanlı döyüşlər başladı

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Tarik əl-Cədid rayonu ilə bərabər, Ərəb Universiteti yaxınlığında aramsız atəş səsləri eşidilir.

Tərəflər döyüşdə pulemyot və qumbaraatanlardan istifadə edirlər. Vəziyyəti nəzarətə götürmək üçün rayona ordu bölmələri yeridilib. Beyrutda vəziyyət bazar günü keçirilən Suriya əleyhinə aksiyadan sonra gərginləşib. Müxalifət tərəfdarları Hökumət Evini ələ keçirməyə cəhd göstərsələr də, buna müyəssər olmayıblar.

Bu gecə fələstinli qaçqınların yaşadığı Sabra və Şatila düşərgələri ətrafında da döyüşlər gedib. Atəş səsləri şiələrin yaşadığı Şiyax məhəlləsindəki Tayyuni tuneli yaxınlığında da eşidilir.
# 980

Oxşar yazılar