İran din xadimlərindən 2 əcaib açıqlama
19 oktyabr 2012 04:56 (UTC +04:00)

İran din xadimlərindən 2 əcaib açıqlama

Ötən həftə BMT-nin İranda insan haqları üzrə özəl nümayəndəsi Əhməd Şəhid hesabatının açıqlayıb.

Həmin sənəddə o, bu ölkədə edam hökmlərinin artdığını, eləcə də fars olmayanların, o cümlədən Güney Azərbaycan türklərinin milli - mədəni haqlarının pozulduğunu da vurğulayıb.

Lent.az-ın məlumatına əsasən, İran Məhkəmə Sisteminin sədri ayətullah Sadıq Laricani onun hesabatına münasibət bildirib: «İran İslam Respublikası edamların dayandırılması tələbli xarici təzyiqlərə əhəmiyyət vermir.

Bu hesabatın əsas mövzusu İranda edamlarla bağlıdır. Hesabatda belə bir mövzuya toxunulması özü-özlüyündə islam qanunlarına hörmətsizlikdir. Çünki edamlar təkcə İranda yox, bütün müsəlman ölkələrində var. Edam islam dəyərlərindən biri sayılır”.

Bir neçə gün öncə İranda Namazın Təşkili Qərargahının rəisi, Möhsün Qəraəti də elmi qurumların rəhbərləri ilə görüşərək universitetlərdə tələbə qızlarla oğlanlar arasındakı münasibətlərdən danışanda qəribə əcaib çıxış edib:“Hazırda universitetlərimizdə tələbə qızlarla oğlanlar arasında haram münasibətlər çoxdur. Bunun qarşısı alınmalıdır. Fikrimcə, ölkənin universitetləri və ya ali təhsil ocaqları çox olan ölkədə fəsad və əxlaqsızlıq da qat-qat artıqdır.

Universitetlərdə tələbə qızlarla oğlanların bir-biri ilə müvəqqəti evlənməsinə mane olmayın. Çünki dinin üçdə iki hissəsi evliliklə bağlıdır. “Quran”da insana vacib olan üç şeyin əhəmiyyətinə işarə olunub. Oksigen, qida və su, geyim. Geyim də elə həmin həyat yoldaşı deməkdir”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2468

Oxşar yazılar

Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41