
Çindən yaponları təşvişə salan növbəti addım
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün içərisində min Çin balıqçısının olduğu balıqıçı gəmiləri adalara doğru hərəkətə başlayıb.
Çin Dövlət Radiosunun yaydığı məlumatda qeyd edilir ki, balıqçı donanmasının göndərilməsində məqsəd hazırda Yaponiyanın nəzarətində olan adalar üzərində Pekinin hüququ olduğunu təsdiq etməkdir. Donanmanın yaxın vaxtlarda adalara çatacağı gözlənilir. Senkaku (Dyaoyuydau) adaları yaxınlığında isə Yaponiya Sahil Mühafizə Xidmətinin döyüş gəmiləri növbə çəkir. Yaponiya hökuməti Çin donanmasının adalara desant çıxarmaq niyyəti ilə göndərildiyindən şübhələnir.
Yaponiya hökuməti yanında hazırda Böhran Qərargahı fəaliyyətini davam etdirir və baş nazir Yesixiko Noda adalar ətrafında vəziyyəti şəxsən izləmək üçün bütün planlaşdırılan səfərlərini ləğv edib.
Oxşar yazılar

Tramp: Sabah Azərbaycan, Ermənistan və ABŞ üçün tarixi gün olacaq
8 avqust 2025 , 03:29
Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU
7 avqust 2025 , 15:37
İsrail “Hizbullah”ı vurdu
7 avqust 2025 , 05:51
Yer kürəsində uzunmüddətli geomaqnit qasırğası gözlənilir
7 avqust 2025 , 03:13
Çində COVID-19 geri qayıdır: məhdudiyyətlər bərpa olundu - VİDEO
6 avqust 2025 , 22:00
Qanada helikopter qəzası: iki nazir həlak oldu
6 avqust 2025 , 21:02
Ukraynadakı müharibə 108 jurnalistin həyatına son qoyub
6 avqust 2025 , 18:17