Alimlər  “sevgi formulu”nu   tapdılar - Xoşbəxt münasibətlərin 4 əsas dayağı
07 avqust 2025 18:03 (UTC +04:00)

Alimlər “sevgi formulu”nu tapdılar - Xoşbəxt münasibətlərin 4 əsas dayağı

Yeni araşdırma göstərib ki, münasibətlərin məmnunluğuna ən çox təsir edən 4 əsas amil mövcuddur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər 500-dən çox qadın və 300 kişi arasında sorğu keçirərək hansı faktorların münasibət məmnuniyyətinə səbəb olduğunu müəyyənləşdiriblər.

Xoşbəxt münasibətlərin 4 əsas təməli

1. Təhlükəsiz bağlanma hissinin inkişafı

Tədqiqatçılar müəyyən ediblər ki, tərəfdaşın bağlanma üslubu nə qədər qeyri-müəyyəndirsə, onun münasibətdən məmnunluğu bir o qədər aşağıdır. Narahat və ya qaçınan bağlanma tərzinə sahib insanlar tərk edilməkdən və tək qalmaqdan qorxurlar

Bu qorxularını isə fərqli yollarla ifadə edirlər

Əslində isə təhlükəsiz emosional bağ qurulduqda münasibətlər daha sabit və rahat olur.

2. Etimadın təməl kimi formalaşması

Etibar - münasibətdə ən əsas hisslərdən biridir. Bu o deməkdir ki, nə baş verirsə versin, siz partnyorunuza güvənirsiniz.
Etimadlı münasibətlərdə insanlar:

Partnyorlarının səmimi və dürüst olduğuna inanırlar

Onların sadiq qalacaqlarını, yanlarında olacaqlarını bilirlər

Eyni zamanda, şəxsi sərhədlərə hörmət göstəriləcəyinə əmindirlər

Alimlər nəticə çıxarıblar ki, etimad səviyyəsi nə qədər yüksəkdirsə, münasibətdən məmnunluq da o qədər güclüdür.

Belə münasibətlərdə insanlar rahat ola bilir, təhlükəsizlik və sabitlik hiss edirlər. Bu isə uzunmüddətli harmoniyanın əsasını təşkil edir.

3. Hər iki tərəfin münasibətə töhfə verdiyini dərk etməsi

Sağlam münasibət inamla başlayır – əvvəlcə özünə inamla. Əgər tərəfdaşlar münasibətə müsbət töhfə verməyə qadir olduqlarına inanırlarsa, bu, “münasibət effektivliyi” (relationship self-efficacy) adlanır.

Bu, aşağıdakı keyfiyyətləri əhatə edir:

Səmərəli ünsiyyət qurmaq bacarığı

Münaqişələri idarə etmək

Münasibətin keyfiyyətini yaxşılaşdırmaq
Belə münasibətlərdə hər iki tərəf aktiv şəkildə iştirak edir və öz məsuliyyətini dərk edir.

4. Qaneedici intim (yaxın) həyat

Bu sahədə əsas məsələ fiziki deyil, emosional uyğunluqdur. Hər cütlüyün öz “xoşbəxt yaxınlıq formulu” olur. Əgər partnyorlar birlikdə nə onlara uyğun gəlirsə onu tapırlarsa, bu, derin bağın açarı ola bilər.

Psixoloqun yekun fikri

“Xoşbəxt münasibətin sirri nəzəri baxımdan sadə görünə bilər, lakin praktikada tam səviyyədə iştirak və səy tələb edir. Xoşbəxt cütlüklər bir-birinin yanında olmağa çalışır, bütün çətinlikləri birlikdə dəf edir və uzun illər boyu etibar, istilik və sabitlik atmosferi yaradırlar”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218

Oxşar yazılar