Məşhur ulduzun xəyanətinə aid  yeni detallar üzə çıxdı
07 avqust 2025 12:19 (UTC +04:00)

Məşhur ulduzun xəyanətinə aid yeni detallar üzə çıxdı

Yıldız Çağrı Atiksoy və Berk Oktayın evliliyində böhran yaşanır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, evlilikdəki böhran  hər iki məşhurun sosial şəbəkədə bir-birini izləmədən çıxarması ilə üzə çıxıb.

Cütlük arasında yaranan gərginliyin səbəbi kimi, Berk Oktayın “Harman Yeri” serialındakı partnyoru Gülsim Ali ilə yaxınlaşması göstərilir. İddialara görə, Antalyada aparılan çəkilişlər zamanı onların münasibəti səmimiyyət səviyyəsinə çatıb və bu vəziyyətdən xəbər tutan Yıldız Çağrı Atiksoy ərinə sərt reaksiya verib.

Hadisələrin mətbuata sızmasından sonra Berk Oktay bu söz-söhbətə nöqtə qoymaq üçün həyat yoldaşı və qızı ilə fotosunu “Şükür səbəbim – ailəm” qeydi ilə paylaşıb. Yıldız Çağrı Atiksoy da onların üç nəfərlik ailə fotosunu paylaşıb.

Digər tərəfdən, “Dream Türk” kanalında yayımlanan “50 Fifty” proqramında manken və aparıcı Tuğçe Aral evli bir aktyor tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb və həmin şəxsin Berk Oktay olduğunu iddia edib:

“İdman zalında tanış olduq. Sonra Instagram-dan əlavə edib mesaj yazmağa başladı. 1 ay boyunca yazdı. Fantaziyalarını yazırdı. Arvadı hamilə olduğu üçün açıqlamaq istəmədim. Körpəyə zərər gəlsin istəmədim. Uşaq doğulduqdan sonra da bir neçə dəfə yazdı. 2 ay əvvəl onu blokladım.”

Hadisənin detallarının üzə çıxması sosial mediada və mediada böyük rezonans doğurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar