"Liverpul"un hücumçusu Darvin Nunes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qeyd olunur ki, mersisayd klubu uruqvaylını 65 milyon avroya transfer etməyə razılaşıb.
Nunesin özü yeni klubu ilə uzunmüddətli müqavilə imzalayacaq və ona görə ildə təxminən 15 milyon avro alacaq. Artıq tərəflər sövdələşmənin demək olar ki, bütün şərtləri üzrə razılığa gəliblər.
Daha əvvəl bir neçə Avropa klubu hücumçu ilə maraqlansa da, heç biri Səudiyyə Ərəbistanı təmsilçiləri ilə eyni məbləğdə təklif etməyib. Sonda Nunes onların təklifini qəbul edib.