Kişilər niyə qadın paltarlarına maraq göstərirlər? -  SƏBƏBİ AÇIQLANDI
05 sentyabr 2022 18:56 (UTC +04:00)

Kişilər niyə qadın paltarlarına maraq göstərirlər? - SƏBƏBİ AÇIQLANDI

“Pandemiyadan sonra kişilər əylənmək üçün qadın paltarı geyinirlər” .

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu britaniyalı stilist Miranda Holder deyib. 

Məşhur stilist kişilərin qadın geyimlərinə olan həvəsini həyatın bütün sahələrində bir çox qayda və qadağalardan yorğunluqla izah edib. 

Mütəxəssisin fikrincə, moda həmişə insanların dünyadakı müəyyən dəyişikliklərlə formalaşan əhval-ruhiyyəsini əks etdirir:

“Dizaynerlər həmişə gender-neytral geyimlərlə maraqlanırdılar, lakin bu gün biz yeni post-pandemiya dövrünə qədəm qoyduq. Anı yaşayırıq, həqiqətən bəyəndiyimizi geyinirik. Moda dünyası da kişilər üçün yeni oyun meydançasına çevrilib!”

Holder qeyd edib ki, son illər tanınmış sənət adamları formal kostyumlardan imtina edərək qadın qarderobuna üstünlük verirlər. Onun fikrincə, sənət və mədəniyyət xadimləri başqalarının və mətbuatın onların görünüşünə reaksiyasından narahat olmaqdan əl çəkib, öz zövqləri üçün geyinməyə başlayıblar:

"Bu, həm qırmızı xalçada, həm də gündəlik həyatda özünü ifadə etməyin mükəmməl yoludur" 

İyul ayında amerikalı aktyor Bred Pitt yubkada görünməsini həmin gün Berlində 35 dərəcəyə çatan istidən qorunmaq üçün "Güllədən daha sürətli" filminin premyerasına bağlayıb.

2021-ci ilin sentyabrında məşhur müğənni və blogger Troy Sivan Nyu-Yorkda keçirilən illik Met Gala mərasiminə ənənəvi qadın geyimində qatılıb. 26 yaşlı pop ifaçısı “Altu” brendinin qayışlı və dərin dekolteli libası ilə çıxıb.

İctimai tədbirlərdə qadın obrazlarını sınayan digər məşhur simalar arasında aktyorlar Cerard Butler, Billy Porter, dizayner Mark Jacobs, müğənnilər Jared Leto və Harry Styles var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2895
avatar

Aytəkin Cəlali

Oxşar yazılar