Heç vaxt  dəbdən düşməyəcək   5 saç kəsimi
22 fevral 2025 19:08 (UTC +04:00)

Heç vaxt dəbdən düşməyəcək 5 saç kəsimi

Bəzi saç kəsimləri zamanla dəyişməyən klassiklər sırasındadır və dəb tendensiyalarından asılı olmayaraq hər zaman aktual qalır. Lakin yeni obraz seçərkən saç kəsiminin sizə uyğun olub-olmamasını və şəxsiyyətinizi vurğulayıb-vurğulamadığını da nəzərə almaq vacibdir.

Lent.az heç vaxt dəbdən düşməyən 5 saç kəsimi haqqında məlumat verir:

1. Piksi (Pixie)

Cəsarətli və iddialı görünüşə sahib olsa da, bu saç kəsimi eyni zamanda incə və romantik təsir bağışlayır. Qısa və rahat forması ilə həm klassik, həm də müasir görünüş yaradır.

2. Bob

Bob saç kəsimi illərdir klassika sayılır və həm sadə, həm də zərif görünüşü ilə məşhurdur. Çənə hizasında kəsilmiş saçlar üzü vizual olaraq daha incə və tərtibli göstərir. Müxtəlif formalarda tətbiq edilə bilər: qısa, uzadılmış və ya qıvrılmış bob.

3. Kare (Carre)

Kare saç kəsimi qadına zəriflik və cazibə bəxş edir. Klassik düz kəsim üslubu ilə həm gündəlik, həm də xüsusi günlər üçün idealdır. Saçlara həcmi artırır və təmiz, səliqəli görüntü yaradır.

4. Şeqqi (Shaggy)

Şeqqi saç kəsimi qeyri-adi, enerjili və kreativ üslubu ilə fərqlənir. Qat-qat kəsilmiş saçlar daha dinamik və həcmli görünüş yaradır. Bu saç modeli rahat, bir az da “təhlükəli” obraz yaratmaq istəyənlər üçün mükəmməldir.


 5. Kaskad (Cascade)

Kaskad saç kəsimi orta uzunluqda saçlar üçün ideal seçimdir. Qatlı struktur sayəsində saçlara yüngüllük və həcm verir. Həm düz, həm də dalğalı saçlarda mükəmməl görünür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8516

Oxşar yazılar

"Bahalı"  görünən manikür

"Bahalı" görünən manikür

19 iyul 2025 , 15:52
İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

İstidə nə geyinmək olar? - 2025-ci ilin yayı üçün 6 DƏB

17 iyul 2025 , 10:29
Bu ayaqqabıları  yay səyahətində əsla geyinməyin

Bu ayaqqabıları yay səyahətində əsla geyinməyin

16 iyul 2025 , 15:04
Hər qadına yaraşan saç kəsimləri

Hər qadına yaraşan saç kəsimləri

14 iyul 2025 , 11:37
2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

2000-ci illərin cinsləri, 2025-də yenidən dəbdə

14 iyul 2025 , 09:48
2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

2025-ci ilin dəbli çalarları: bahalı görünən 4 rəng birləşməsi

12 iyul 2025 , 10:14
2025-ci ilin yayının  ən dəbli   geyimi - VİDEO

2025-ci ilin yayının ən dəbli geyimi - VİDEO

8 iyul 2025 , 10:29
Sizi istidən  xilas edə biləcək saç düzümləri

Sizi istidən xilas edə biləcək saç düzümləri

4 iyul 2025 , 10:29