Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində baş verib.
Qəsəbə sakini olan 49 yaşlı C. Cəfərovun yaşadığı evdə meyiti tapılıb.
Həmçinin rayon ərazisində evlərdən birində Y. Dəmirovun da meyiti aşkarlanıb. Hər iki mərhum narkotik aludəçisi olduğu bildirilir. Lakin onların nədən ölmələri barədə məlumat yoxdur.
Faktlarla bağlı araşdırmalar aparılır.