Bakıda evin yanından silah-sursat  tapıldı
22 fevral 2025 11:45 (UTC +04:00)

Bakıda evin yanından silah-sursat tapıldı

Fevralın 20-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfər yaşadığı ünvanın yaxınlığında sellofan torbada silaha bənzər əşyanın olması barədə polisə məlumat verib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib. 

Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 2 avtomat silahı, 1 tapança, 1 səs siqnalı tapançası, 1 tüfəng, 1 patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066

Oxşar yazılar