Xəbər verdiyimiz kimi, Bərdənin "Lada" markalı minik maşınının aşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfərin Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
30 yaşlı şəxs aqonal vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
26 yaşlı şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Hadisə nəticəsində 1 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
23:14
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Lada" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü 22 yaşlı İsgəndərov Binnət Taleh oğlu həyatın itirib.
Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.