Ağsuda hava şəraiti ilə əlaqədar xüsusən dolaylarda hərəkət çətinləşib.
Lent.az xəbər verir ki, bu baxımdan polis əməkdaşları tərəfindən Ağsu dolaylarında avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Nəqliyyatın hərəkəti tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.