Azərbaycanlı qız gözəlliyi ilə  ingilisləri heyrətləndirdi   -  FOTO
30 avqust 2022 11:37 (UTC +04:00)

Azərbaycanlı qız gözəlliyi ilə ingilisləri heyrətləndirdi - FOTO

Əslən azərbaycanlı olan Melisa Rauf  "Miss England” gözəllik müsabiqəsinə qatılıb və inamla irəliləyir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Melisa müsabiqənin bütün mərhələlərində makiyaj etmədən iştirak edib və bununla münsiflər heyətinin diqqətini çəkib. Bu müsabiqənin keçirildiyi 94 il müddətində bir ilkdir.

Melisa oktyabr ayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb, o, 40 iştirakçı arasında birinci yer uğrunda  yarışacaq.  Melisa Rauf final mərhələsinə də makiyajsız qatılacaq. 

Melisa Rauf İngiltərənin cənubunda doğulub, 20 yaşı var, kollec tələbəsidir. "Bu, mənim üçün çox şey deməkdir, çünki müxtəlif yaşlarda olan bir çox qızların makiyaj etdiklərini görürəm, onlar bunu etmək üçün təzyiq hiss edirlər. Əgər insan öz dərisində xoşbəxtdirsə, üzümüzü makiyajla örtməyə məcbur hiss etməməlidir.

Qüsurlarımız bizi  biz edir və hər kəs bununla fərd olaraq fərqlənir. Ancaq ağlımıza gələn sual budur ki, biz kim olduğumuzdan razı qala bilərikmi və cəmiyyətin qüsurlarımızı ört-basdır etmək üçün təzyiqlərini rədd edə bilərikmi" ,-  Melisa Rauf İngiltərənin “Independent” qəzetinə müsahibəsində bildirib.

# 3798
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

2023-cü ilin trend rəngi MƏLUM OLDU

2023-cü ilin trend rəngi MƏLUM OLDU

3 dekabr 2022 , 18:16
Sizə uğur gətirən əşyalar: At nalı, yonca, açar...

Sizə uğur gətirən əşyalar: At nalı, yonca, açar...

2 dekabr 2022 , 09:09
2022-ci ilin ən populyar  AYAQQABILARI

2022-ci ilin ən populyar AYAQQABILARI

30 noyabr 2022 , 15:55
2023-cü ilin əsas rəngi AÇIQLANDI  - Geyimlərdə bunu istifadə edin

2023-cü ilin əsas rəngi AÇIQLANDI - Geyimlərdə bunu istifadə edin

26 noyabr 2022 , 18:21
Dünyanın ən dəbli qadını  AÇIQLANDI

Dünyanın ən dəbli qadını AÇIQLANDI

25 noyabr 2022 , 17:20
Qışın ən dəbli 7 PALTO MODELİ

Qışın ən dəbli 7 PALTO MODELİ

22 noyabr 2022 , 10:38
İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR  - FOTO

İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR - FOTO

21 noyabr 2022 , 17:34
Qışda nələr dəbdə olacaq? AÇIQLANDI

Qışda nələr dəbdə olacaq? AÇIQLANDI

19 noyabr 2022 , 10:57