Ancelina Coli – sadəcə bir ulduz deyil, əsl əfsanədir! Onun seçdiyi ətirlər adi flakonlar deyil, xatirələrin və duyğuların eliksiridir. Məşhur aktrisa ətir seçərkən yalnız qoxuya deyil, onun tarixinə və emosional təsirinə də önəm verir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Colinin unikal obrazını tamamlayan bir neçə sevimli ətri var.
Histoires de Parfums – 1969 Parfum de Revolte
Ancelina Colinin sevimlilərindən biri fransız Histoires de Parfums brendinin 1969 Parfum de Révolte adlı ətiridir. Bu ətir sadəcə qoxu deyil, sizi 1969-cu ilin gurultulu dövrünə aparan bir zaman maşınıdır.
Bu ətiri təsəvvür edin:
Şirəli şaftalı – yay günəşinin şüaları kimi, isti ədviyyatlar və kardamon, qızılgüllər və ağ çiçəklər – bir az sirrli, bir az ehtiraslı.
Ətirdə əsas notlarda isə qəhvə, tünd şokolad, ağac və müşk yer alır. Bu azadlıq, həyat eşqi və üsyankar ruhun qoxusudur. Və bu ətir tam da Colinin özü kimidir: güclü, xarizmatik, unudulmaz.
Bu ətir brendin yaradıcısı Jerald Gislən tərəfindən hazırlanıb və seksual inqilab dövrünə həsr olunub. Kompozisiyada şaftalı, ədviyyatlar, qızılgül, ağ çiçəklər, qəhvə, şokolad, paçuli, kardamon və müşk notları yer alır. Bu parfüm uniseks hesab olunur, amma onu daha çox orijinallığı və cəsarəti sevən qadınlar seçir.
Bvlgari – Black
Colinin ətir kolleksiyasındakı digər qiymətli incilərdən biri də Bvlgari Blackdir. Bu ətir sanki gecə şəhərində bir gəzinti kimidir - burada vanil, rezin və sənaye qoxuları bir araya gəlir. Bu da Coli kimidir: çərçivələrsiz, stereotipsiz. O, yalnız qoxusu ilə deyil, duyğularla da iz buraxmaqdan qorxmayanlar üçündür.
Bvlgari Black 1998-ci ildə parfümer Annik Menardo tərəfindən yaradılıb. Bu ətir şərq-qərb tərzi taxta qoxulara aiddir. Tərkibində çay, dəri, sandal ağacı, vanil, ambra, müşk və styrax notları var. Bu ətir Bvlgari brendinin ən qeyri-adi və provokativ ətirlərindən biri hesab olunur. Hazırda istehsalı dayandırılıb və o, “vintaj” statusu alaraq nadir kolleksiyalarda çox yüksək qiymətə satılır.
Bu ətirlər bir daha göstərir ki, Ancelina Coli təkcə gözəllik simvolu deyil, həm də dərin obrazlar və duyğularla yaşayan bir qadındır – seçdiyi ətirlər də məhz bu fərqliliyin əksidir.