Viktoriya Devidlə ikinci dəfə necə  toy andı   içdiklərini AÇIQLADI
06 noyabr 2023 19:30 (UTC +04:00)

Viktoriya Devidlə ikinci dəfə necə toy andı içdiklərini AÇIQLADI

Son vaxtlar Devid və Viktoriya Bekhem öz reputasiyalarına vurulan zərbəni yumşaltmaq üçün hər şeyi edirlər: əvvəlcə cütlük görüşə gedib və isti foto paylaşıb, indi isə Viktoriya həyatının ən romantik anlarından birini xatırlayıb.
 
Lent.az xarici mediaya istinadən bildirir ki, Bu, Bekhemin Madriddəki xəyanətlərindən sonra baş verib. 2006-cı ildə cütlük toy əhdlərini təzələyib.
 
Gizli mərasimdə cəmi altı nəfər iştirak edib. Cütlük heç vaxt yenidən evlənmələri barədə təfərrüatlı danışmayıblar və indi Viktoriya həmin gün çəkdirdiyi foto ilə pərəstişkarlarını sevindirib.


 
Fotoda o, “Roberto Kavalli”dən ağ paltar geyinərək çiçəklərlə bəzədilmiş kilsənin fonunda poza verir. Onun sözlərinə görə, zərif paltarı onun üçün futbolçu seçib.

Viktoriya mərasimə heç hazır olmadığını xatırladır: səhər o, Davidlə uşaqları Madriddəki məktəbə aparıb və sonra futbolçu birdən onu şəxsi təyyarə ilə kortəbii səfərə dəvət edib. "Və mən idman kostyumunda idim, inana bilərsinizmi?" Uçuşun ortasında tualet otağından smokinlə çıxan idmançı həyat yoldaşını gəlinlik paltarını dəyişməyə dəvət edib.

“Londonda eniş edirik, mən təyyarədən düşürəm və illər əvvəl İrlandiyada Lattrelstoun qəsrində evlənəndə bizi toyumuza aparan maşını görürəm. Sürücü də eynidir! Biz Londonun şimalındakı evimizə gedirik, burada kiçik bir ibadətgah var idi”, - Viktoriya xatırlayır.

Devidin çiçəklərlə bəzədiyi kilsədə cütlüyü onların valideynləri və yaxın qohumları gözləyirdi. Maraqlıdır ki, mərasim 1999-cu ildə Viktoriya və Devidlə evlənən eyni vikar tərəfindən həyata keçirilib. Daha sonra “yeni evlənənlər” Parisə 24 saatlıq bal ayına gediblər.

Bu səfərin xatirəsinə Viktoriya Bekhem Suite 302 ətirini yaradıb: “Mən ağır qoxu istədiyimi bilirdim. Nə istədiyimi bilirdim, yəni qara albalı, dəri tütünü. Hər dəfə bu qoxunu hiss edəndə məni geri qaytarır”.

Xatırladaq ki, cütlük hazırda ən asan dövrünü keçirmir. Bir tərəfdən futbolçu və ailəsi haqqında çəkilən sənədli serialın inanılmaz uğuru, digər tərəfdən onun köməkçisi Rebekka Loos (və təkcə onunla deyil) ilə arvadını necə aldatması barədə yeni söhbətlər var.
 
 

# 3129
avatar

Oxşar yazılar