Toy gecəsi  FACİƏ:   gəlinin ürəyi dayandı
16 iyun 2021 03:15 (UTC +04:00)

Toy gecəsi FACİƏ: gəlinin ürəyi dayandı

Braziliyanın İbirite şəhərində yeni evlənənlərin ilk toy gecəsi faciəyə çevrilib. 18 yaşlı gəlin intim əlaqə zamanı ürək tutmasından həyatını itirib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, toy mərasimi Minas-Jerays ştatının Belu-Orizonti regionundakı fermada keçirilib.

Polisdən verilən məlumata görə, mərasimdən sonra cütlük Serra-Durada rayonundakı evə yollanıblar. 

Gəlin cinsi əlaqə zamanı özünü pis hiss edib. Qızda nəfəs darlığı başlayıb və sonra huşunu itirib. Qorxmuş 29 yaşlı ər qonşusunu köməyə çağırıb.

Onlar xanımı xəstəxanaya aparmaq üçün taksi sifariş ediblər. Sürücü qızı taksinin salonuna götürməyə razılaşmayıb və təcili yardım çağırılmasını məsləhət görüb. Digər sürücü də qadını xəstəxanaya aparmaqdan imtina edib. 20 dəqiqə sonra gələn həkimlər gəlinin infakrt keçirdiyini təsdiqləyiblər. Gənc qadın xəstəxanaya aparılanda yolda keçinib. 

Yarılma zamanı gəlinin xroniki bronxitdən əziyyət çəkdiyi məlum olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16032
avatar

Oxşar yazılar