Donald Tramp və Bettina Anderson
20 mart 2025 12:21 (UTC +04:00)

Donald Tramp və Bettina Anderson

Sevgi məsələsində atasından geri qalmayan Trampın oğlu

ABŞ prezidentinin oğlu kiçik Donald Tramp Florida ştatının Palm-Biç şəhərində keçirilən amfAR Palm Beach qalasında iştirak edib. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, o, tədbirə yeni sevgilisi, 38 yaşlı model Bettina Andersonun müşayiəti ilə gəlib.

Bettina cazibədar geyimdə heyrətamiz görünüb. O, incə ayaqlarını mükəmməl şəkildə vurğulayan müxtəlif ölçülü gümüş rəngli payetlərlə işlənmiş mini paltar geyinib.

Xatırladaq ki, kiçik Donald Tramp 12 illik münasibətdən sonra 2018-ci ildə model Vanessa Qeydondan ayrılıb. Onların beş övladı var. Elə həmin il Donald 2024-cü ildə ayrıldığı “Fox News” kanalının aparıcısı Kimberli Qilfoyl ilə görüşməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar