Seks işçilərinin başına gələn 10 MARAQLI HADİSƏ
23 noyabr 2023 19:58 (UTC +04:00)

Seks işçilərinin başına gələn 10 MARAQLI HADİSƏ

Seks işçilərinin yaşadığı travmalara və təəccüblü hadisələrə işıq salacaq məlumatlar toplanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu mövzuda 17 fərqli seks işçisindən yaşadıqları ən maraqlı təcrübəni təsvir etmələri istənilib.

Çox maraqlı hekayələr ortaya çıxdı. Ən maraqlı 10 təcrübəni təqdim edirik:

1.Veb-kamera vasitəsilə cinsi tələblər edir və yemək yeyərkən dinləyirdi.

"Bir müddət telefon və veb-kameradan istifadə edərək bu sahədə işləmişəm. Mətnlər göstərilirdi, amma telefon danışığı olmayıb. Bəzən müdirim mənə deməli olduğum şeyləri yazırdı. İşlədiyim günlərin birində pravoslav Yəhudi kişi mənə zəng etdi. Məndən donuz əti və dəniz məhsulları yeyib-yemədiyimlə bağlı suallar verdi. Dedi ki, krevet yemək seksual ola bilər. O, səsimi eşitmək və yemək yeməyimi izləmək istədiyini söylədi”.

2. Sadəcə qucaqlaşdıq.

"Həftənin 6 günü idman zalında işləyirəm və part-time seks işi ilə məşğulam. Çox gözəl 50 yaşlı asiyalı qadın məni evinə dəvət etdi. Yeri gəlmişkən, 45 yaşım var. Onun evinə getdim və o, sadəcə onu yumşaq bir şəkildə qucaqlamamı istədiyini söylədi. Təxminən 1 dəqiqə sonra çiynimdə ağlamağa başladı. Bir dəqiqə belə ağladı, sonra onu divana apardım. Oturduq və o, daha 20 dəqiqə ağlamağa davam etdi. Başını qaldırmadan sinəmin üstündə ağladı. Yaxşı olub-olmadığını soruşduqda ərinin onu heç qucaqlamadığını dedi. Onu bərk-bərk qucaqladım və 45 dəqiqəlik görüşümüzdən sonra pulumu ödədi".

3. Məni divara baxmağa məcbur etdi.

"Qısa, lakin gözəl bir hekayəm var. Bu, seks işçisi dostlarımdan birinin başına gəlib. Müştəri ondan sadəcə bir küncdə dayanıb divara baxmasını istəyib. O, dəqiqələrlə hərəkətsiz qalıb və gözlərini divardan çəkməyib. Çılpaq dayanan rəfiqəmin ayağında ancaq döyüş çəkmələri var idi. Öz aramızda çox güldük”.

4. Diş həkimi deyil, ayaq fetişidi.

"Razılaşdıq və bir kişi ilə görüşdük. Ayaqqabılarımı çıxarıb stolun üstünə qoydu. Onun diş avadanlığı var idi. Elektrik diş fırçası, saplar və güzgülər bunlardan bir neçəsi idi. Bir saatlıq cilalama, təmizləmə, yoxlama kimi müayinələr etdi. Bunun nə maraqlı olduğunu soruşa bilərsiniz. Maraqlısı bütün bunları dişlərimə deyil, ayağıma etdi. Mən onun dişlərimi müayinə etməsinə üstünlük verərdim. Amma pul müqabilində məndən bunu istəmişdi və etdim. Hər şey yöndəmsiz başlasa da, əslində yaxşı vaxt keçirdik”.

5. Yaxşıya hə, pisliyə yox deyin.

"Müştərim saatlarla cinsi əlaqədə olmaq və sonunda ürəyi gedəcək qədər pis olmasını istədi. Qətiyyən bunu edə bilməyəcəyimi dedim. Müştərinin seksdən yorulmaq fantaziyası var idi".

6. Telefonda sekslə bağlı məsləhət xidmətləri göstərmişəm.

"Bir müştərim var idi ki, mənimlə seksual mövzuda danışmaq istəyirdi. Biz onun işindən danışırdıq və o, yeni layihə həyata keçirməyi planlaşdırırdı. Onun yeni ideyası kişilər üçün ətəklər idi. 45 dəqiqə ona qulaq asdım, bankda təqdimata getməyə hazırlaşırdı. Təqdimatı ilə bağlı bəzi tənqidlərim oldu. Ona qeydlər aparmağı tapşırdım. Məni dinlədi və dediklərimi etdi. Nəyisə dəyişdirib, reallaşdıra biləndə mənə zəng vurardı. O, mənim sevimli müştərilərimdən biri idi”.

7. Harri Potter olmağımı istədi.

"Bir kişi mənə külli miqdarda pul verdi və maraqlı bir xahiş etdi. O, mənim də Harri Potter kimi geyinməyimi istədi. Mən də onun kimi geyindim, xüsusən də eynəyini. Əlimə çubuq götürdüm və rola girdim sanki tilsim edirdi. Məncə, bu, indiyə qədər yaşadığım ən gülünc hadisədir”.

8. Alış-veriş siyahısı hazırladım.

"Universitetdə oxuyanda təxminən 6 ay bu işlə məşğul oldum. Müştərilərimdən biri məndən evdə görməli olduğu işlərin və alış-verişlərinin siyahısını tərtib etməyimi istədi. 25 yaşlı gənc və ingilis idi. Onun nişanlısı təhsil almaq üçün Belçikaya köçmüşdü və münasibətlərinə fasilə verdiyi üçün özünü tənha hiss edirdi. O, planlaşdırmanı məndən istədi. Hər həftə siyahıları gözdən keçirtmək üçün görüşürdük. O, çox şirin və qəlbi qırıq idi. Fikirləşdim ki, nişanlısı onu tərk edib”.

9. Seks etmədən əylənirdik.

"Sevimli müştərilərimdən biri məndən qucağında oturub motosiklet sürməyimi istədi. O, mənim sərnişinim olmaq fikrini yaşamaq istəyirdi. Bütün bunları paltarımı çıxarmadan etdim. Motosiklet səhnəsi üçün nə lazımdırsa, elədim. Lazım olanda hətta mühərrik səsləri də çıxarırdım. O, kifayət qədər nəzakətli və əyləncəli idi". 

10. Onun cinsi orqanına təpik vurmağımı istədi

"Müştərim hər həftə mənə zəng vurub qasıq nahiyəsinə təpik vurmağımı xahiş edirdi. Mənə pul verməsinin yeganə səbəbi bu idi. Onu bərk vururdum və 5-10 dəqiqə özünə gəlmirdi. Mən onu təpikləyərkən həmişə eyni çəkmələri geyinərdi və bunu sevərdi. Qorxmuş görünsə də, həmişə onu bacardığım qədər vurmağımı istəyirdi. Amma sonra anladım ki, onun məndən istədiyi məhz bu idi. Stressli həftəm olanda onun mənə zəng etməsini səbirsizliklə gözləyirdim. O, dincəlmək üçün ideal müştəri idi".

# 19425
avatar

Fidan İlqar

Oxşar yazılar