Müharibədə atəş altında evlənmişdilər:  ölüm onları ayırdı
12 may 2022 17:49 (UTC +04:00)

Müharibədə atəş altında evlənmişdilər: ölüm onları ayırdı

Mariupolda Rusiya hərbçilərinin mühasirəyə aldığı “Azovstal”da ukraynalı müdafiəçilər əsl toy etmişdilər. 

Lent.az-ın Ukrayna mediasına istinadla xəbərinə görə, onlar mayın 5-də “Azov” alayının yaranma günündə evləniblər. Lakin bir neçə gün sonra bəy müharibədə həlak olub.

Toy Rusiya hərbçilərinin həmin əraziyə atəş açması zamanı baş tutmuşdu.

“Azov”un ad günündə evləndik. Sərhədçi və “azovçu”. Burada, mərmi və partlayışlar altında. Amma çox xoşbəxt bir gün və xoşbəxt bir foto idi...” – xanım söyləyib.

O, həyat yoldaşının onun üçün mükəmməl bir insan olduğunu da etiraf edib.

Ancaq uzun müddət birlikdə olmaq onlara qismət deyilmiş. Bir neçə gündən sonra kişi ölüb və xanımı hələ də rusların “Azovstal”da yaratdığı cəhənnəmdədir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3975
avatar

Oxşar yazılar