Kişinizin sizi qiymətləndirdiyini göstərən 5 əlamət
16 noyabr 2024 16:10 (UTC +04:00)

Kişinizin sizi qiymətləndirdiyini göstərən 5 əlamət

Bəzən qadınlar münasibətdə olduğu kişinin ona həqiqətən dəyər verib-vermədiyini anlamaqda çətinlik çəkirlər.

Lent.az xəbər verir ki, aşağıdakı əlamətlər kişinizin sizi qiymətləndirdiyini göstərir:

Diqqətli və qayğıkeşdir

Əgər yanında olduğunuz zaman partnyorunuz sizi qucaqlayıb öpürsə, telefonunda və ya noutbukunda uzunmüddət vaxt keçirmirsə, bu yaxşı əlamətdir.

Sizi dəstəkləyir

Aşiq bir kişi, qadın ona bir şey dedikdə üz döndərməz, diqqətlə dinləyər və məsləhətlərini bölüşər.

Sizi ailəsi ilə tanış edir

Əgər aranızda hər şey ciddidirsə, partnyorunuz sizi mütləq ailəsi və dostları ilə tanış edəcək.Tanış etməklə kifayətlənməyəcək, həm də sizi onlara sevdirəcək.

Sizinlə məmnuniyyətlə vaxt keçirir 

Hələ birlikdə yaşamırsınızsa, sizi ruh yoldaşı hesab edən bir kişi bəhanə gətirməyəcək - bunun əvəzinə hər bir boş anı sizə həsr etməyə çalışacaq.

İstədiyinizi edir

Söhbət mütləq hər hansı ciddi alış-verişdən və ya bahalı hədiyyələrdən getmir (baxmayaraq ki, onlar da daxildir) - bəzən hazırlanmış səhər yeməyi, sevimli sənətçinin konsertinə biletlər və ya bir fincan sevimli kofe səmimi hislərin göstəricisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3462
avatar

Ləman Sərraf

Oxşar yazılar