Hindistanda Tac Mahalın əksi olan ev tikilib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 52 yaşlı Anand Prakaş Çoxi 929 kvadrat metrlik mərmər evi həyat yoldaşı Manju Şaha həsr edib.
“Mən yaşadığım balaca şəhərcikdə unikal bir ev istədim. Buna görə də yoldaşıma həsr etdiyim Tac Mahalı tikdirdim. Qoy, hər kəs bu evdən danışsın. İnanıram ki, burada biz çox xoşbəxt yaşayacağıq”, deyə Anand qeyd edib.
Həmin evin fotolarını təqdim edirik.