Gəlinliyinə görə   bəydən ayrıldı
22 noyabr 2022 19:12 (UTC +04:00)

Gəlinliyinə görə bəydən ayrıldı

@u/Awkward_Bat_7027 ləqəbli gəlin gəlinliyi cırıq-cırıq olduğu üçün toyu ləğv edib və bəydən ayrılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 26 yaşlı qızın sözlərinə görə, toydan xeyli əvvəl onun gəlinliyini dizayner olan qardaşı tikdirib və bədxassəli şişdən dünyasını dəyişib. Blogger paltarı şkafda saxlayıb və bilirdi ki, bir gün onu geyinəcək.

Toydan bir həftə əvvəl o, nişanlısına toy paltarını göstərmək qərarına gəlib, lakin gələcək ər paltarı bəyənməyib və bunun ona heç uyğun olmadığını etiraf edib.

“Bu paltarı tikən şəxsin modadan xəbəri yoxdur. Sabah sənə yenisini alacağıq”, - deyib. Gəlin onu da aydınlaşdırıb ki, nişanlandığı adam qardaşı ilə tanış deyil, çünki onun ölümündən sonra cütlük görüşməyə başlayıb.

Ertəsi gün səhər qız həmin paltarı korlanmış vəziyyətdə tapıb. Bu səbəbdən gəlin bəydən ayrılaraq toyu ləğv etmək qərarına gəlib.

"Geyimlə bağlı baş verənlərdən özümü dəhşətli hiss edirəm və çox kədərlənirəm ki, ölməzdən əvvəl böyük qardaşımın mənim üçün tikdiyi xüsusi geyimdə heç vaxt gedə bilməyəcəm", - qız vurğulayıb.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3618
avatar

Oxşar yazılar